Cüdoçularımızdan Azərbaycan Kubokunda 5 medal
21.05.2023 , 12:14

Cüdoçularımız Bielsko Biala Avropa Kubokunun ilk yarış günü 5 medal qazanıb.
Korner.az xəbər verir ki, Azərbaycan cüdoçuları Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib.
20 mayda turnirdə qızlar arasında -40 kq., -44 kq., -48 kq. və -52 kq. çəki dərəcələrində, oğlanlar arasında isə -50 kq., -60 kq. və -66 kq. çəki dərəcələrində 12 cüdoçumuz tatamiyə çıxıb.
Oğlanlar arasında -50 kq. çəkidə Əhməd Rüstəmov və Məhəmməd Məmişov, -66 kq. çəkidə Cəsur İbadlı bürünc medal əldə edib.
Qızlar arasında -48 kq. çəkidə Vüsalə Hacızadə qızıl medal, -52 kq. çəkidə Xədicə Qədəşova gümüş medal qazanıb. -40 kq. çəkidə Nigar Məmişova 5-ci,-52 kq. çəkidə Aytən Verdiyeva isə yarışı 7-ci yerdə başa vurub.
