Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 2 medal
07.05.2023 , 15:55

Cüdoçularımız Paris Avropa Kuboku turnirinin ilk günündə 2 medal əldə etib.
Korner.az xəbər verir ki, Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
Yarışın ilk günündə oğlanların yarışında -60 kq., -66 kq., və -73 kq. çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb. -60 kq. çəkidə Nizami İmranov qızıl medal, -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib.
