Korner.az xəbər verir ki, cüdoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar.
<p style=""font-family:Verdana," tahoma,="" arial;background-color:#ffffff;"=""> 100 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Qazaxstan qran prisinin qızıl medalına sahib olub. Ağır çəkidə yarışan cüdoçumuz Uşangi Kokauri yalnız finalda uduzaraq gümüş medal qazanıb. Daha bir cüdoçumuz Məhəmmədəli Mehdiyev (90 kq) Almatı qran prisini bürünc medalla başa vurub. Hər üç cüdoçumuz bu uğurlarla Rio olimpiadasına vəsiqə qazanmaq şanslarını yüksəldiblər.
