İyunun 21-də Budapeşt
Qran-prisində iştirak edəcək ölkələrin və cüdoçuların yekun siyahısı açıqlanıb.
Korner.az-ın məlumatına
görə, 2 gün davam edəcək yarışda Azərbaycanla yanaşı,56 ölkənin idmançıları
mükafatlar uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, Qran-pridə Azərbaycan yalnız kişilərin
yarışında təmsil olunacaq.Ölkəmizin idman şərəfini Orxan Səfərov, İlqar
Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (60 kq), Rüstəm Orucov (73 kq), Məhəmmədəli
Mehdiyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər
ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) qoruyacaq.
