Cüdo

Cüdoçularımız Avropa Kubokunda iştirak edəcək

16.02.2017 , 14:56

Fevralın
18-də İtaliyanın paytaxtı Romada kişi cüdoçular arasında açıq Avropa Kuboku
start götürəcək.

Korner.az-ın
məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan millisi də iştirak edəcək. 


Məşqçilər korpusu Romada 16 idmançını sınayacaq. Bunlar Mehman Sadıqov, Oruc Vəlizadə,
Sahib Əsgərov (hər üçü 60 kq), İlkin Babazadə, Telman Vəliyev, İlqar Müşkiyev,
Emil Həsənov (hamısı 66 kq), Zülfüqar Quliyev, Elvin Mustafayev (hər ikisi 73
kq), Afiq Səfərli, Rüfət İsmayılov, Ziya Namazov (hər üçü 81 kq), Tural Səfquliyev,
Abdulhəqq Rəsullu (hər ikisi 90 kq), Sənan Əhmədov və Kənan Abdullaxanlıdı (hər
ikisi 100 kq). Yarışa ümumilikdə 37 ölkədən 275 cüdoçu qatılacaq.   (Sportne
ws.az)

Son yazılar

Yuxarı