Azərbaycan idmançıları ABŞ-da keçirilən əlillər arasında dünya çempionatında 9 medal qazanıblar.
Korner.az-ın məlumatına görə, Zülfiyə Hüseynova (F3, 70 kq) və Zaur Paşayev (M1, 100 kq) qızıl mükafatçı olublar.
Azər Əsgərov (M4, +100 kq), Fərhad Rəcəbli (M5, 90 kq), Rəsul Səlimov (Mi, 90 kq), Rəsul Sultanov (M1, 100 kq), gümüş medal, Müşfiq Cəfərov (M3, 66 kq), Vüqar Budaqov (M1, 66 kq), Yusif kazımov (M4, +100 kq) isə bürünc medal qazanıblar.
Qeyd edək ki, veteranlar arasında cüdo üzrə dünya çempionatı 8-11 noyabr tarixləri arasında ABŞ-da keçirilir.
