Cüdo

Cüdo üzrə ölkə birinciliyi başladı

09.12.2016 , 10:41

Bu gün Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinə start verilib. 

Korner.az-ın məlumatına görə, yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparır.
 
Çempionatın ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər.
 
Qeyd edək ki, yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 2017-ci ildə Çilidə keçiriləcək dünya çempionatı, Litvada Avropa birinciliyi və Macarıstanda baş tutacaq yeniyetmələrin Olimpiya Festivalında iştirak edəcək.

Son yazılar

Yuxarı