Cüdo

Cüdo üzrə Bakı şəhər açıq birinciliyində ilk günə yekun vurulub

19.01.2018 , 07:57

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən 21 yaşadək gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyində ilk günə yekun vurulub

Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirin birinci günündə 11 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər müəyyənləşib.
Paytaxt birinciliyində qızların yarışında Şəfiqə Mollazadə (44 kq), Şəfəq Məmmədova (48 kq), Elvira Əskərova (52 kq), Zəhra Mehdiyeva (57 kq), Günel Bəkirzadə (63 kq), Əminə Hüseynova (78 kq) və Şəms Hacıyeva (+78 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.
Oğlanların mübarizəsində isə Yunis Yunisli (55kq), Nazim Şıxəliyev (66 kq) və Əkbər Quliyev (81 kq) çempion olub.
Paytaxt birinciliyinin qalib və mükafatçılarına medallar, diplomlar təqdim olunub.
Qeyd edək ki, iki gün davam edəcək Bakı şəhər açıq birinciliyində 32 klubdan 318 gənc cüdoçu (295 oğlan və 23 qız) medallar uğrunda mübarizə aparır.

Son yazılar

Yuxarı