“Sərhədçi” İdman Kompleksi cüdo üzrə Azərbaycan çempionatına start verilib.
Korner.az-ın məlumatına görə, 18-20 noyabr tarixləri arasında baş tutacaq yarışda “Zirvə” Cüdo İdman Klubunun üzvləri də çıxış ediblər. Onlardan ikisi uğurla güləşərək medal əldə ediblər.
Qadınların mübarizəsində 70 kq çəki dərəcəsində Qurbanova Fəridə bürünc medal qazanıb. 78 kq çəki dərəcəsində isə daha yaxşı nəticə əldə olunub. Bu çəkidə finala qədərə irəliləyən Günel Həsənli həlledici qarşılaşmanı da qalib başa vurub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Klubun hər iki idmançısının nümayiş etdirdiyi güləş Cüdo yığmamızın məşqçilər heyətinin diqqətini cəlb edib və onlar millinin düşərgəsinə dəvət olunublar.
