Cud Bellinqem zədələndi
02.02.2026 , 10:00
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem “Rayo Valyekano” ilə qarşılaşmada zədə alıb.
Korner.az xəbər verir ki, matçın 10-cu dəqiqəsində meydanı tərk edən futbolçunun yerinə Brahim Dias daxil olub.
Təcrübəli oyunçu meydandan çıxarkən emosiyalarına hakim ola bilməyib.
Tibbi müayinələr göstərib ki, 22 yaşlı yarımmüdafiəçinin sol ayağının arxa əzələsi zədələnib və onun bərpası təxminən bir ay davam edəcək.