UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən klubların gənclərdən ibarət komandaları arasında bu mövsümdən etibarən təşkil olunan UEFA Gənclər Liqası turnirinin D qurupunda noyabrın 27-də keçiriləcək ÇSKA (Rusiya) – “Bayern” (Münxen, Almaniya) oyununun baş hakimi Əliyar Ağayev olacaq.
Korner.az-ın affa-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ona Zeynal Zeynalov və Mehman Mahmudov kömək edəcəklər.
