“Biz elə komandayıq ki, hər turnirdə qalib gəlməliyik. Bu baxımdan 3-cü olmağımız qənaətbəxş deyil”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Barselona”nın baş məşqçisi Frank Anita deyib.
II Qəbələ turnirində “Şaxtyor”u məğlub edərək 3-cü yerə sahib olan katalonların çalışdırıcısı turnirdə bəyəndiyi futbolçunun adın ı açıqlayıb:
“Turnirdə bəyəndiyim futbolçular oldu.
Misalçün, son oyunda “Şaxtyor”un 10 nömrəsini bəyəndim. Çoxu düşünə bilər
ki, Li turnirin ən yaxşı futbolçusudu. Ancaq finala çıxa bilmədiksə,
mən fikir söyləyə bilmərəm”.