“Çox sevincliyəm”-Ramil Şeydayev
02.07.2019 , 20:28

Moskva “Dinamo”su ilə müqavilə imzalayan Azərbaycan millisinin üzvü Ramil Şeydayev açıqlama verib.
Korner.az xəbər verir ki,futbolçu klubun saytına açıqlamasında hədəflərindən danışıb:
“Dinamo”ya gəldiyim üçün sevincliyəm.Danışıqlar uzun sürmədi.Düşündüm,ailəmlə məsləhətləşdim və burdayam(gülür).Baş məşqçi ilə də söhbətim oldu və bu,məndə xoş təəssüratlar yaratdı.Hədəfim nədir?Hücumçunun hədəfi rəqib qapısıdır.Öz oyunum və vurduğum qollarla “Dinamo”ya kömək etməyə çalışacam”.
