“İlk oyundan sonra heç vaxt cütün taleyi həll olunmur. Çox yaxşı oyun keçirdik, hətta daha 1-2 qol vura bilərdik. Yenə də oyundan razıyıq. Sadəcə, çox qol vura bilmədiyimiz üçün məyusam”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Bavariya” ilə matçdan sonra “Real”ın baş məşqçisi Zinəddin Zidan deyib.
Fransalı çalışdırıcı sözlərinə belə davam edib:
“Amma rəqibin də dünya səviyyəli qapıçısı var ki, bu gün divar kimi möhkəm idi. Birinci hissə çox çətin keçdi, amma fasilədən sonra vəziyyəti düzəltdik. Əlbəttə ki, 10 nəfərə qarşı mübarizə aparmaq asandı. Noyerin seyvlərinin sayını itirdim. “Bavariya” böyük komandadı. Gələn həftə hər şeyə aydınlıq gələcək.
O ki qaldı futbolçulara, Ronaldo öz oyunundan razı qaldı, amma daha bir neçə şansı qaçırdı. Beyl fasilədə özünü narahat hiss edirdi, bu üzdən də onu əvəzlədim. Ümid edirəm ki, ciddi problemi yoxdu. Sonradan meydana daxil olan Asensiodan isə çox razı qaldım”.
