Futbol üzrə Azərbaycan milli komandasının məşqçisi Nazim Süleymanov "Xəzər Lənkəran"ın düşərgısini icazəsiz tərk edən Kamran Ağayev haqda danışıb.
Korner.az-ın məlumatına görə, Süleymanov qolkiper haqda danışarkən bunları deyib:
"Kamran Ağayev Azərbaycanda ən güclü qapıçıdır. Klub daxilində nə baş verir bilmirəm. Lakin çox istəyərəm ki, Kamran qayıtsın və "Xəzər Lənkəran"da daim oynasın. Çünki onun milliyə hazır gəlməsi bizə də, kömək olacaq. Daha millinin oyunlarına 10-15 gün qalmış onun üzərində çox çalışmayacağıq".
