“Futbolçularım finalda oynamağa öyrəşməyiblər. Onlar bu matçdan çox şey öyrənəcəklər. Komandanı heyəti dəyişməsə, növbəti mövsüm daha güclü olacağıq”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Ayaks”ın baş məşqçisi Peter Bosz Avropa Liqasının finalında “Mançester Yunayted”ə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
“Çox darıxdırıcı final oldu. İki komanda da qol epizodları yarada bilmirdi. “Mançester Yunayted” sadəcə uzun toplarla oynadı, çox risk etmədi”.
