big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futzal

“Çox çətin qrupda yer almışıq”

11.01.2022 , 12:13

Bakıda təlim-məşq toplanışına start verən futzal üzrə Azərbaycan millisinin üzvü Vassoura Azərbaycan Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.

Korner.az xəbər verir ki, o, yeni kluba keçidini dəyərləndirib və yığmamızın hədəfləri barədə danışıb.

– Bir neçə gün əvvəl “Sportinq Paris” klubu ilə müqavilə imzaladın. Buna qədər hansı komandada çıxış edirdin?
– Ötən ilin martında millinin seçmə mərhələ oyunlarından sonra Braziliyaya döndüm. Orada bir klubla anlaşdım, amma qısamüddətli oldu. Daha sonra “futbol 7*7” turnirinə qatıldım. Braziliya millisinin heyətində dünya çempionu olduq. Ötən həftə isə “Sportinq Paris”lər müqavilə imzaladım. Bilirsiniz ki, millinin digər üzvü Fineo de Arauxo da həmin klubda çıxış edir. Onu da deyim ki, adaptasiya üçün mənə əlavə vaxt lazım deyil. Çünki təcrübəm bunun öhdəsindən asanlıqla gələcəyimə təminat verir. Vassoura meydandadırsa, işinin öhdəsindən gələcək.

– Komandanın məqsədi nədir?
– Bu klub hazırda Fransa çempionatının Birinci Liqasında iştirak edir və liderdir. Məqsədləri üst liqaya vəsiqə qazanmaqdır. Onu da deyim ki, rəqabət böyükdür. Hətta məşhur portuqaliyalı futzalçı Rikardinyo da bu liqada iştirak edir. Mövsümün sonunda çempionluq kubokunu başımız üzərinə qaldırmaq istəyirik. Yaxşı baş məşqçimiz, infrastrukturumuz var.

– Debüt etmək imkanın oldu?
– Yox, oyuna çıxmadım. Amma 3-4 məşqdə iştirak etdim. Cəmi bir həftə əvvəl komandaya qoşulmuşam. Millinin oyunlarından sonra debüt edəcəyəm.

– Gələk milli komandaya. Komanda ilə birgə ilk məşqini keçirdin. Milli final mərhələsinə nə dərəcədə hazırdır?
– Toplanış bir gün öncə başladı. Səhərə yaxın Bakıya çatmışam. Əlbəttə, ilk məşq hər zaman çətin olur. Çalışırıq ki, hər məşqdən maksimum faydalanaq. Vaxtımız çox azdır. Bir həftəyə yaxın Bakıda hazırlıq keçəcəyik. Daha sonra Belçikaya gedəcəyik və orada bir yoldaşlıq matçında gücümüzü sınayacağıq. Həmin görüş rəsmi oyunlara nə dərəcədə hazır olduğumuzu göstərəcək. Yenə deyirəm, qalan vaxt çox azdır. Baş məşqçi Alesionun istəyini yerinə yetirmək üçün 2-3 həftə məşq etmək lazımdır. İndi bizim buna imkanımız yoxdur.

– Final mərhələsindəki rəqiblərimiz haqda nə düşünürsən?
– Çox çətin qrupda yer almışıq. İspaniya haqda danışmaq artıqdır. Ancaq onlara qarşı da mübarizəmizi aparacağıq. İspanlar futzalda hegemon olsalar da, biz heç bir rəqibdən çəkinmirik. Gürcüstan indi-indi bu cür turnirə qatılır.

– Qrupda “kilid oyun” hansını hesab edirsən?
– İlk oyun çox vacibdir. Gürcüstanla matçda mütləq qələbə qazanmalıyıq. Onların heyətində də yeni futzalçılar var.

– Rəqiblərimizdən Gürcüstanla Bosniya və Herseqovina final mərhələsinin debütantlarındandır…
– Bu cür yarışlarda bizim təcrübəmiz daha çoxdur. Artıq 6-cı dəfə final mərhələsində iştirak edəcəyik. Onlar isə ilk dəfə belə yarışa çıxacaqlar. Təcrübəmiz çox olsa da, bu hər şey demək deyil. Yadınıza gəlirsə, millimiz ən yaxşı nəticəsini məhz debüt ilində qazanmışdı. İnanıram ki, 2022-ci il Azərbaycan futzalı üçün əlamətdar olacaq. Nəticəmizi yaxşılaşdıracağıq. Məqsədimiz yarışın son gününə qədər orada qalmaqdır. Özümü buna hazır sayıram.

– Ukrayna ilə oyunları necə, izləmisən?
​- Ukrayna Avropanın yaxşı komandalarından biridir. İllərdir bir kollektivdə çıxış edirlər. Bizim isə hazırlaşmaq üçün vaxtımız az oldu. Ölkə xaricində çıxış edən legionerlər cəmi iki gün əvvəl Bakıya gələ bildilər. Bu cür məqamlar həlledici olur. Allahın köməkliyi ilə Niderlanda fiziki, taktiki və texniki baxımdan hazır yollanacağıq.

Son yazılar

To Top