“Çox böyük bir döyüş keçirdik və bütün ölkəni xoşbəxt etdik” – Nazarov
12.09.2019 , 10:42

Azərbaycan millisinin üzvü Dmitri Nazarov Almaniya mətbuatına açıqlama verib.
Korner.az “tag24.de” saytına istinadən xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsində Xovatiya ilə qollu bərabərə qaldığı oyun (1:1) barədə də fikirlərini bildirib:
“Çox böyük bir döyüş keçirdik və bütün ölkəni xoşbəxt etdik. Bu pozitiv hissi özümlə Aueyə də gətirdim. Uels və Xorvatiya ilə oyunlarda demək olar ki, sona qədər oynadım. Beləcə vacib oyun vaxtı əldə etdim”.
