“Arsenal”ın qapıçısı Petr Çex Çempionlar Liqasında rəqibləri olan “Barselona” haqda danışıb.
Korner.az-ın məlumatına görə, o UEFA-nın rəsmi saytına danışıb.
Çexiyalı qapıçı “Çelsi”nin heyətində “Barselona”ya qarşı oynayıb. “Barselona”nın hücumçusu Lionel Messi hələki Çexi məyus edə bilməyib. Bu barədə qapıçıya sual verən ingilis jurnalist belə cavab alıb:
“Bu əladı. Çox az adam deyə bilər ki, Messiyə qarşı oynamışam, amma qapını toxunulmaz saxlamışam. Yenə də mənim üçün elə də önəmi yoxdu. Messi het-trik etsə lakin biz növbəti mərhələyə keçsək, sevinərəm”.
