Coşua Zirkzee uzun fasilədən sonra Premyer Liqada fərqləndi
01.12.2025 , 14:00
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkzee uzun müddətdən sonra Premyer Liqada fərqlənib.
Korner.az xəbər verir ki, niderlandlı futbolçu 13-cü tur çərçivəsində “Kristal Palas”ın qapısına yol taparaq komandasına səfərdə 2:1 hesablı qələbəni gətirib. Bu qol onun 364 gündən sonra çempionatda vurduğu ilk top olub.
Zirkzee son dəfə 2024-cü il dekabrın 1-də “Everton”a qarşı oyunda fərqlənmişdi. “Mançester Yunayted” isə futbolçunu keçən ilin iyulunda “Bolonya”dan 42,5 milyon avroya transfer etmişdi. Hazırda Zirkzee Premyer Liqada 38 matçda 4 qol və 2 assistlə yadda qalıb.