Coşua Zirkze “Everton”un transfer hədəfində
12.11.2025 , 19:58
“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze qış transfer pəncərəsində klubdan ayrıla bilər.
Korner.az xəbər verir ki, Mersisayd təmsilçisi yanvarda hücum xəttini gücləndirmək məqsədilə türkiyəli oyunçunu heyətinə qatmaq istəyir.
Əvvəlcə “Everton” “Arsenal”ın forvardı Qabriel Jesusa fokuslanmışdı, lakin baş məşqçi Mikel Arteta braziliyalı futbolçunu komandada saxlamağa qərar verdi. Bunun nəticəsində “Everton” diqqətini digər namizədlərə yönəldib və siyahıda Coşua Zirkzenin adı da yer alır.