Coşqunun komandası məğlub oldu
19.02.2024 , 10:12

“Ümraniyespor” Türkiyə I Liqasında növbəti oyununu keçirib.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi komanda “Eyüpspor”la qarşılaşıb.
“Eyüpspor” rəqibini 3:1 hesabı ilə məğlub edib.
Coşqun da bu matçda iştirak edib. O, meydana oyunun 62-ci dəqiqəsində daxil olub.
