Coşqun Diniyevin cəzasına yenidən baxılacaq
26.10.2022 , 21:53

AFFA İntizam Komitəsi “Zirə”nin futbolçusu Coşqun Diniyevlə bağlı qəbul etdiyi qərara yenidən baxacaq.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Diniyev Premyer Liqanın X turunun “Sabah”la səfər oyununda qırmızı vərəqə aldıqdan sonra stadionun giriş qapısının şüşəsini sındırdığı üçün 1 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.
AFFA qərarını yenidən nəzərdən keçirəcək.
