Coşqun Diniyev “Sabah”a transfer olundu
14.01.2019 , 09:36

“Sabah” heyətini yeni futbolçuyla gücləndirib.
Paytaxt klubu bu gün “Qarabağ”dan ayrılan Coşqun Diniyevi transfer edib. 23 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanıb. Futbolçu yeni komandasında 91 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Diniyev karyerası ərzində “İnter” (indiki “Keşlə”) və “Qarabağ” klublarında çıxış edib. O, Azərbaycan millisində 8 oyun keçirib.
Xatırladaq ki, “Sabah” buna qədər “Qəbələ”dən Təmkin Xəlilzadə və “Neftçi”dən Rəşad Eyyubovun keçidini həll edib.
