Maykl Cordanın 1997-ci il NBA finalının 5-ci matçında “Utah Cazz”a qarşı oyun hələ də unudulmur.
Korner.az-ın məlumatına görə, həmin gün 40 dərəcə qızdırma ilə matça çıxan amerikalı keçmiş basketbolçu 38 xal toplayaraq komandasının qarşılaşmada 90-88 hesabı ilə qalib gəlməsində böyük pay sahibi olmuşdu. Həmin qarşılaşmada Cordanın geyindiyi ayaqqabı rekord qiymətə satılıb. Belə ki, “Jorda 12s” markalı ayaqqabı 104765 dollara satılıb.
Qeyd edək ki, bu ayaqqabı bir idmançının dünya tarixində geyindiyi ən bahalı ayaqqabısı kimi tarixə düşüb.
