big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Çöplə işiniz olmasın, tiri axtarın!

30.04.2012 , 06:04

İmam Sadiq (ə): “Ən yaxşı dost eybimi mənə deyən dostdur”

Azərbaycan klublarının hansına azarkeşlik etməmizdən asılı olmayaraq, "Qarabağ" hamı üçün əzizdir. Hətta sevimlilərimizə rəqib olanda belə, Ağdam təmsilçisinə digər rəqiblərlə müqayisədə xüsusi bir yanaşma var. Təfərrüatlara, izahata heç bir ehtiyac yoxdur. Qarabağ – bu ad artıq hər şeyə aydınlıq gətirir. Odur ki, klubu daim zirvələrdə, Avropa arenalarında görmək istəyirik. İndi əsas məsələ…
Rəşad Sadıqov "Xəzər Lənkəran"ın 6 xallıq "dastanına" özünəməxsus münasibət bildirəndə, məəttəl qaldım. Belə anlaşıldı ki, "Qarabağ"ın son uğursuzluqlarının səbəbkarı FİFA-dır. Məhz bu qurumun şıltaqlığı "hızla" irəliləyən "qarabağlıları" yolun kənarına atıb. Sən demə, lənkəranlıların itkisi haqqında xəbər tutan "Qarabağ"ın düşərgəsində böyük şadyanalıq yaşanıb və qərara alınıb ki, "Neftçi"nin təqibinə daha ciddi yanaşılsın. Ağdamlıların oyununu görməyən, turnir cədvəlindən bixəbər, yumor hissi "sıfıra" bərabər olan insan da bu sözlərdən sonra ən azı gülümsəyər. Qəhqəhə çəkənlər də qınanılası deyil, vallah. Gülməli sözə gülərlər də!
Lap tutaq ki, hər şey elə belə də olub. Bəs sonra? İstənilən turnirdə, istənilən görüşdə komanda (əgər komandadırsa) bütün məharətini ortaya qoymalı, ustalığını nümayiş etdirməlidir. Ən azı, bəsit bir səbəbə görə: işin-gücünü buraxıb sənin meydanda 90 dəqiqə qaçmağına baxmağa gələn, hələ üstəlik, buna məhdud (səndən fərqli olaraq) büdcəsindən 1-2 manat vəsait də ayıran fanatına xatir. Kim-kimdən xal aldı, kim-kimə xal verdi – bunun məsələyə heç bir dəxili yoxdur, qardaş! Mən 65 nömrəli avtobusa minirəmsə, onun "Bakı Soveti"nə gedəcəyinə əmin olmalıyam. Təsəvvür edirsiniz, birdən bu avtobus möcüzəvi şəkildə üz tutdu Sumqayıta, hə? Soruşanda da sürücü cavab verdi ki, "ay camaat, qarajın rəisi dedi ki, planı 20 manat aşağı salırlar, amma 2 gündən sonra bu xəbər yalan çıxdı. Mən də, qınamayın e, stress keçirdim, odur ki, "kusura bakmayın", Sumqayıta gedəsi olduq". Rəşadın dediyi səbəb bu operadandı, əminəm. Hərçənd, hər şeyi olduğu kimi söyləmək lazımdı. "Qarabağ" mövsümün sonuna qədər "çəkmədi", "motor yatdı". Komanda həm psixoloji, həm də fiziki cəhətdən "çatdırmadı". Bu həm bilavasitə oyunçulara, eyni zamanda məşqçilərə də aiddir. Bunu sübuta yetirmək üçün böyük futbol bilicisi olmaq lazım deyil ki!
"Neftçi" ilə oyunu izləmək kifayət etdi ki, bir daha bu mülahizələrimizin haqlı olduğuna əminlik yaransın. 90 dəqiqə ərzində nələr baş verdi, hamı gördü. Vurulmayan penalti də oldu, hesabda irəli olan komandanın meydanı məğlub tərk etməsi də, son dəqiqədə görüşün müqəddəratını həll edən 11-metrlik cərimə zərbəsi də. Bunun üstünə baş məşqçinin Vüqar Nadirov, İlqar Qurbanov, Rauf Əliyevi ehtiyat oyunçular skamyasında əyləşdirərək Vaqif Cavadovun "quşlarını" səbirlə seyr etməsini gəlsək, sarsıntı mənzərəsi tamamlanmış olar. Rəşad Sadıqovun "va-bank getdik" bəhanəsi də burda keçərli deyil. Bu nə komandadı ki, hansısa hadisədən elə sarsılır ki, həftələrlə özünə gələ bilmir? Belə bir kollektivin Avropada nə işi var? Bir də ki, lap elə çempionatda işiniz "bərbad" oldu. Bəs kuboka nə deyirsiniz? Quzanlıda sadəcə uduzmamaq lazım idi. Onu da bacarmadınız. Deməli, "Qarabağ" Futbol Klubu adlı mexanizmdə nasazlıq var. Burda FİFA, UEFA, AFFA və digər qurumlarının da heç bir günahı yoxdur. Onların gözündə çöp aramayın. Tiri tapmaq lazımdır…
"Qarabağ" qürurumuzdur. "Qarabağ" artıq bir brendir. Bu həm də böyük məsuliyyətdir. Bu məsuliyyəti çiyinlərinizə götürmüsünüzsə, zəhmət çəkin, bu yükü lazım olan tərzdə daşıyın. Daşıya bilmirsinizsə, barı bəhanələr uydurmayın…

Son yazılar

To Top