Conatan David klubunu dəyişir
14.04.2025 , 15:45

“Lill”in hücumçusu Conatan David klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, kanadalı futbolçu ilə “İnter”in maraqlı olduğu bildirilir.
Milan təmsilçisi 25 yaşlı forvard üçün illik 5 milyon avroluq maaş təklif edib.
Tərəflər arasında hələlik yekun qərar verilməyib.
