Topaz Premyer Liqasının 31-ci turunda “Sumqayıt” doğma meydanda “Xəzər Lənkəran”ı minimal hesabla məğlub edərək son tur öncəsi ən yaxın izləyicisi “Turan” üçün əlçatmaz olub – 1:0.
Korner.az oyundan sonra keçirilən mətbuat konfransında hər iki klubun baş məşqçilərinin səsləndirdiyi fikirlərlə sizi tanış edir.
Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Məğlub olduğumuz üçün məyusam. Uşaq səhvi buraxdıq, qapımızda qol gördük. Skarlatake meydandan qovulandan sonra daha yaxşı oynamağa başladıq. Heyətimizdə mərkəz hücumçunun olmaması qol vurmağımıza maneə oldu”.
Bernhard Raab, “Sumqayıt” klubunun baş məşqçisi: “Son 6 aydakı problemlərə baxmayaraq, vacib xallar qazandıq, Premyer Liqada qalmağı bacardıq. Komandanı təbrik edirəm. Qələbəyə layiq idik. Ötən turdakı oyundan sonra futbolçularımı “Xəzər Lənkəran”a qalib gələ biləcəyimizə inandırmışdım”.