Topaz Premyer Liqasının son oyununda “Rəvan” Lənkəranda yerli “Xəzər Lənkəran” komandasını 2-1 hesabı ilə məğlub etdi. Korner.az oyundan sonra keçirilən mətbuat konfransında hər iki klubun baş məşqçilərinin səsləndirdiyi fikirlərlə sizi tanış edir: Ramil Əliyev, “Rəvan” klubunun baş məşqçisi: “Sonuncu tur olmasına baxmayaraq, gərgin və maraqlı oyun oldu. Avropakuboklarda “Xəzər Lənkəran”a və bütün komandalarımıza uğurlar arzulayıram”. Con Toşak, “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Maraqlı oyun oldu. Rəqib bizdən ağıllı və yaxşı oynadı. Rəqib qələbəyə layiq idi, təbrik edirəm. Çoxlu qol imkanlarından yararlana bilmədik”. |