Topaz Premyer Liqasının 4-cü turunda “Xəzər Lənkəran” doğma meydanda “Neftçi” ilə qarşılaşıb.
Korner.az-ın məlumatına görə, oyundan sonra mətbuat konkrasında meydan sahiblərinin baş məşqçisi Con Toşak qələbəyə layiq oyun göstərdiklərini bildirib:
“Qələbəyə layiq oyun göstərdik. “Neftçi” güclü komandadır, ötən mövsüm həm ölkə çempionu oldular, həm də kuboku qazandılar. Qol vura bilməsək də, qapımızdan da qol buraxmadıq. Hələ ki, vaxtımız var, oyunumuz üzərində işləmək lazımdır”.
