“Qələbəyə layiq idik. Birinci hissədə azı 2 top vura bilərdik. Tonkara qırmızı aldıqdan sonra müdafiədən oynadıq. Penalti və qırmızı vərəqə epizodları anlaşılmaz idi.”
Korner.az-ın məlumatına görə, bu sözləri oyunsonrası mətbuat konfransında “ağ yaşıllar”ın baş məşqçisi Con Toşak deyib. O həmçinin ambulansın onun üzərinə gəlməsinə də zarafatla belə münasibət bildirib:
“Yəqin o maşını “Neftçi” prezidenti göndərmişdi”.
