Topaz Premyer Liqasının 3-cü turunun mərkəzi qarşılaşmasında “Xəzər Lənkəran”ı qəbul edən “Qarabağ” rəqibini 2-0 hesabı ilə məğlub etdib.
Korner.az-ın məlumatına görə, oyundan sonra mətbuat konfransında qonaq komandanın baş məşqçisi məğlubiyyətə görə özünü günahlandırıb:
“Nəticələrə görə məsuliyyət mənim üzərimə düşür. 35 illik məşqçi karyeram var. Karyeram boyu uğurlarla yanaşı uğursuz günlərim də olub”.
