"Xəzər Lənkəran" ispaniyalı Karles Martorell Bakesin istefasından sonra baş məşqçi problemini uelsli Con Toşakla həll edib.
Korner.az-ın məlumatına görə, 63 yaşlı mütəxəssisin son iş yeri Makedoniya millisi olub. Lakin Makedoniya Futbol Federasiyasının (MFF) prezidenti İlço Gerogiyoskinin bəzi şərtlərini qəbul etməyən Toşak vəzifəsində azad edilib.
Sözügedən şərtlərə gəlincə isə bu, onun Makedoniyada yaşamaq istəməməsi olub. Belə ki, İspaniyada yaşayan Toşak Makedoniyada yaşamaq istəməyərək ancaq millinin oyunları zamanı Skopyeyə gəlməsi MFF-nin səbir kasasını daşırıb. Nəticədə Toşak tutduğu vəzifədən istefa verib.
Qyed edək ki, millimizin baş məşqçisi Berti Foqts da Azərbaycanda yaşamır və yalnız yığmanın təlim-məşq toplanışları, oyunları üçün ölkəmizə gəlir.
