Topaz Premyer Liqasının 5-ci turunda “Xəzər Lənkəran” səfərdə “Qəbələ” ilə qarşılaşdı. Rəqibini 2-0 hesabı ilə məğlub edən “Qəbələ” turnir cədvəlində 3-cü pillədə qərarlaşdı.
Korner.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat
konfransında qonaq komandanın baş məşqçisi Con Toşak qol vurmaq şanslarının çox
olduğunu, fərqlənə bilmədiklərini bildirib:
“Oyuna qələbə əzmi ilə çıxmışdıq, lakin
yaxşı başlamadıq. İlk qoldan sonra komandada ruh düşkünlüyü yarandı. Rəqib ikinci
qolu çox asanlıqla vurdu. Qol vurmaq şanslarımız
çox olsa da, fərqlənə bilmədik”.
