“Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşak futbolçu Elnur Allahverdiyevin komandadan qovulmasına dair xəbərlərə münasibət bildirib.
Korner.az-ın-ın məlumatına görə, uelsli mütəxəssis Lent.az-a açıqlamasında Allahverdiyev barədə danışmaq istəmədiyini söyləyib. “Nəyə görə mən Orxan Sadıqlı, Elnur Abdullayev, Rahid Əmirquliyev və digər yerli oyunçular yox, məhz ondan danışmalıyam? Mətbuat nə yazıbsa, özü bilər”. Elnur Allahverdiyev hazırda milli komanda ilə birlikdə İsraildədi.
