Azərbaycan kubokunun ilk finalçısı məlum olub.
Korner.az-ın məlumatına görə, yarımfinal mərhələsinin ilk oyununda səfərdə “Bakı”ya minimal hesabla məğlub olan “Xəzər Lənkəran” cavab qarşılaşmasında rəqibini 2-0 hesabı ilə məğlub edərək mayın 28-də keçiriləcək Azərbaycan kubokunun final oyununa vəsiqə qazanıb.
Xəzər-Lənkəran klubunun baş məşqçisi Con Toşak oyundan sonra öz fikirlərini bildirib:
"Bizim üçün ağır oyun oldu. Komandamız əzmkarlıq göstərdi, sonacan mübarizə apardı. İlk qolu vaxtında vurduq. Mənə elə gəlir ki, “Bakı” finala getməyi artıq ilk oyunda uduzdu. Onlar şanslarını boşa verdilər. Həmin oyunda bizim bəxtimiz gətirdi. Azarkeşlərə minnətdaram. Hiss etdik ki, doğma divarlar arasında oynayırıq. Qələbədə onların da payı var”.
