“Rəvan” səfərindən 1 xalla qayıdan “Xəzər Lənkəran”ın baş məşqçisi Toşak heç-heçəyə məyus olub.
Korner.az-ın məlumatına görə, uelsli mütəxəssis bu sözləri deyib: “Çoxdandır futboldayam, 35 ildə belə bir şey görməmişəm. Çoxlu qol imkanlarımız oldu, bu qədər epizodla 5 oyunda qələbə qazana bilərdik. Sanki, top qapıdan keçmək istəmirdi. İki xal itirdiyimizi düşünürəm”.