“Çelsi”nin futbolçusu Con Terri bu mövsüm Premyer Liqanın qalibinin “Lester” olmasını istəyir.
Korner.az-ın məlumatına görə, futbolçu bunu “Sky Sports”a açıqlamasında deyib.
Təcrübəli müdafiəçi “Lester”in çempionluğunun İngiltərə futbolu üçün müsbət olduğunu deyib:
“Lester”in bu mövsüm etdikləri möhtəşəmdi. Etiraf edirəm ki, “tülkülər”in çempionluğunu istəyirəm. Azarkeşlər hər il eyni komandaların çempionluğundan bezib. Bu səbəbdən “Lester”in çempionluğu Premyer Liqa üçün də lazımdı”
