İngiltərə millisinin və Londonun “Çelsi” klubunun sabiq futbolçusu Con Terri karyerasını “Aston Villa”da davam etdirəcək.
Birmingem klubu ilə ilə 1 illik müaqvilə bağlayan futbolçunun qazancı illik 3 milyon funt-sterlinq təşkil edəcək.
Qeyd edək ki, Terri “Çelsi” ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə İngiltərə Kubokunun qalibi olub. O, 2012-ci ildə paytaxt təmsilçisi ilə Çempionlar Liqasını qazanıb.
