Con Stounz yeni klub axtarışında
09.01.2026 , 15:30
İngiltərə millisi və “Mançester Siti”nin müdafiəçisi Con Stounz yeni mövsümdə başqa klubda çıxış edə bilər.
Korner.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı futbolçuya “Əl-Hilal”, “Fənərbağça” və “Liverpul” kimi klublardan rəsmi təkliflər var.
Xəbərdə bildirilir ki, Stounz hələ ki hansı komandanı seçəcəyinə qərar verməyib.
Qeyd edək ki, futbolçu 2016-cı ildən “Mançester Siti”də çıxış edir.