Con “Qarabağ”da nə qədər qalacaq?
22.07.2018 , 17:48

Fransa mətbuatı “Qarabağ”a transfer olunacağı gözlənilən Con Delarjla imzalanacaq müqavilənin müddəti barədə xəbər yayıb
“football365” saytı konqolu hücumçu ilə 3 illik müqavilə bağlanacağını yazıb. Müqavilənin “Kukesi” ilə Çempionlar Liqasının iyulun 25-də keçiriləcək ilk matçına qədər rəsmən imzalanacağı, onun adının həmin oyunun iştirakçıları sırasına daxil ediləcəyi qeyd edilib.
“Qarabağ” klubundan Con Delarjla danışıqlar apardıqlarını təsdiqəsələr də, hələlik rəsmi müqavilə imzalanmadığı bildirilib.
Qeyd edək ki, 2012-ci ildən Konqo yığmasının formasını geyinən Con Delarjın son klubu Türkiyə “Bursaspor”u olub.
