Con Duran “Zenit”ə keçdi
09.02.2026 , 16:30
“Fənərbağça”dan ayrılan kolumbiyalı hücumçu Con Duranın yeni ünvanı məlum olub.
Korner.az xəbər verir ki, futbolçu karyerasını Rusiyada davam etdirəcək.
22 yaşlı forvard mövsümün sonuna qədər icarə əsasında “Zenit”də çıxış edəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Onun müqavilə hüquqları hazırda “Əl-Nəsr” klubuna məxsusdur. “Fənərbağça”da Duran 21 oyunda 5 qol vurub.