Con Duran hansı klubla razılığa gəlib?
31.01.2025 , 14:30

“Aston Villa”nın hücumçusu Con Duran klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, o, karyerasını Səudiyyə Ərəbistanında davam etdirməyə yaxındır.
Kolumbiyalı futbolçunu “Əl-Nəsr” transfer etməyə çalışır.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub və ərəblər bu keçid üçün 77 milyon avro təzminat ödəyəcək.
