Con Delarj milliyə çağırıldı
30.08.2018 , 12:29

Konqo milli komandasının heyəti açıqlanıb.
“Qarabağ”ın bu yay transfer etdiyi hücumçu Con Delarj da siyahıda yer alıb. “Səbail”in yeni transferi Kevin Kubembaya isə bu dəfə dəvət göndərilməyib.
Qeyd edək kİ, Konqo millisi sentyabrın 9-da Zimbabve ilə qarşılaşacaq.
