“Bakı” və “Simurq” klublarının, eləcə də Azərbaycan millisinin sabiq baş məşqçisi Coko Haciyevskinin yeni iş yeri müəyyənləşib.
Korner.az Qol.az-a istinadən xəbər verir ki, makedoniyalı mütəxəssis bundan sonra ölkəsinin “Pelister” klubunu çalışdıracaq.
Haciyevskinin yeni komandası Makedoniya çempionatında geridə qalan 17 turdan sonra 18 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Qeyd edək ki, 2009-cu ildə “Bakı”nı Azərbaycan çempionu edən Haciyevski komandası ilə Avropa Liqasının “pley-off”una qədər irəliləmişdi.
