Dünyaca məşhur CNN telekanalının jurnalisti Tankerdi Palmeri açıqlamasıyla Joze Mourinyonun mövsümün sonunda "Real"dan gedəcəyinə işarə verib.
Korner.az-ın məlumatına görə, Palmeri portuqal çalışdırıcının "Borussiya" ilə oyundan əvvəl "Çelsi" klubunun prezidenti Roman Abramoviçlə görüşdüyünü bildirib.
Həmkarımızın iddiasına görə, Mou həmin görüşdə öz şərtlərini irəli sürüb. Onlardan biri Madrid "Atletiko"sunun formasını geyinən Radamel Falkaonun transfer edilməsi olub. Abramoviç isə əmin edib ki, Falkaonun keçidi bugünlərdə rəsmiləşəcək.
Qeyd edək ki, bugünlərdə "Real"ın 15 futbolçusunun Mourinyonu komandada görmək istəmədiyinə dair xəbərlər yayılmışdı.
