Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub
Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 32 nəhəngin 6 turluq mübarizəsi başa çatıb.
32 komandadan 16-sı 1/8 finala, 8-i Avropa Liqasının 1/16 finalına yollanıbsa, 8 uğursuz üçün mövsüm başa çatıb. Bunlar qruplarında sonuncu yeri tutan komandalardı.
İlk dəfə nəhənglər arasında Azərbaycan da təmsil olunub. Bu ilkin müəllifi “Qarabağ” mübarizəni dayandıran 8 komanda arasındadı.
Bu uğursuzların qrupda göstərdiyi nəticələri müqayisə etsək, sonuncuların nəticələrinin ciddi fərqlənmədiyinə şahid olarıq. Üç komanda 3, üçü isə 2 xalla mübarizəni dayandırıbsa, bir uğursuz 1 xal toplayıb. Yalnız turnirin ən zəifi olan “Benfika” xal üzünə həsrət qalıb.
Azərbaycan çempionu “Qarabağ” 8 sonuncu arasında 5-ci nəticəyə imza atıb. Bu isə komandamızı Çempionlar Liqasının 29-cusu edir. Qurban Qurbanovun yetirmələri APOEL-i top fərqində, “Olimpiakos”la “Benfika”nı xal hesabında üstələyib.
apasport.az
