ÇL: pley-off mərhələsinə start verilir
16.08.2022 , 11:10
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə start veriləcək.
Korner.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Bütün görüşlər Bakı vaxtı ilə eyni saatda başlayacaq.
Pley-off mərhələsinin digər 3 oyunu sabah keçiriləcək.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, ilk oyunlar
16 avqust
23:00. “Budyo-Qlimt” (Norveç) – “Dinamo” (Zaqreb, Xorvatiya)
23:00. “Kopenhagen” (Danimarka) – “Trabzonspor” (Türkiyə)
23:00. “Reyncers” (Şotlandiya) – PSV (Niderland)