ÇL pley-off: AEK, “Yanq Boyz” və “Ayaks” qrup mərhələsində!
28.08.2018 , 11:44

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.
Komanda.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.
Hollandiyanın “Ayaks” klubu ilə Kiyev “Dinamo”su arasında keçirilən görüşə daha böyük maraq vardı. Ukrayna təmsilçisi ilk oyundakı məğlubiyyətin əvəzini doğma meydanda çıxmaq arzusunda idi. Lakin cavab görüşündə hesab açılmayıb və Hollandiya nəhəngi qrup mərhələsinə vəsiqə qazanıb.
Günün digər oyunlarında isə AEK ilə “Yanq Boyz” növbəti mərhələyə yüksələn tərəf olub.
Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları
28 avqust
AEK (Yunanıstan) – Videoton (Macarıstan) 1:1 (ilk oyun 2:1)
Qol: Mantalos, 48-pen – Neqo, 57.
Dinamo (Zaqreb, Xorvatiya) – Yanq Boyz (İsveçrə) 1:2 (1:1)
Qol: Hayroviç, 7 – Oaro, 64-pen; 66.
Dinamo (Kiyev, Ukrayna) – Ayaks (Hollandiya) 0:0 (1:3)
