“Mançester Siti” “Real”ı darmadağın etdi
18.05.2023 , 00:50

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına yekun vurulub.
Korner.az xəbər verir ki, “Mançester Siti” öz meydanında “Real”ı qəbul edib. Görüş “şəhərlilər”in 4:0 hesablı qələbəsi ilə bitib. Bununla da meydan sahibləri finala vəsiqə qazanan tərəf olub.
“Mançester Siti” finalda “İnter”lə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
Yarımfinal mərhələsi, cavab oyunu
17 may
23:00 “Mançester Siti” – “Real” – 4:0
Qol: B.Silva, 23,37, E.Militao, 76, Alvarez, 90+1
